Göygöldə marşrut avtobusunun sürücüsü bıçaqlanıb

Göygöldə marşrut avtobusunun sürücüsü bıçaqlanıb Elşən Mustafayev hələ ki bilinməyən səbəbdən naməlum şəxs tərəfindən bıçaqlanıb
Hadisə
8 İyun , 2017 00:22
Göygöldə marşrut avtobusunun sürücüsü bıçaqlanıb
Courtesy İmage

Göygöl. 8 iyun. REPORT.AZ/ Gecə saatlarında Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, naməlum şəxs Göygöl rayon sakini, 1996-ci il təvəllüdlü Mustafayev Elşən Zirəddin oğluna hələ ki bilinməyən səbəbdən bıçaq xəsarəti yetirib. Nəticədə o, üzündən və boğazından bıçaq xəsarətləri alıb.

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyat edilən E.Mustafayevin vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E.Mustafayev Göygöl rayonundakı marşrut avtobuslarından birində sürücü işləyir.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi