Yuxarı
    Bağlamaq

    Göygöldə iki maşın toqquşub, hər iki sürücü yaralanıb

    Qəza gecə saatlarında baş verib

    Göygöl. 21 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Göygöl şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    "Report"un Qərb bürosunun məlumatına görə, qəza iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

    Hadisə zamanı hər iki maşının sürücüsü - 1996-cı il təvəllüdlü Göygöl rayon sakini Məmmədov Məmməd Mahiyəddin oğlu və 1963-cu il təvəllüdlü rayon sakini Aşırov Ayaz Müzəffər oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlara dərhal tibbi yardım göstərilib və yaralılar Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstələrin vəziyyətləri orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi