Yuxarı
    Bağlamaq

    Göygöldə iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

    Yaralılardan biri uşaq, ikisi qadındır© Report.az

    Göygöl. 10 iyul. REPORT.AZ/ Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

    "Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında Göygöl şəhər ərazisində 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Mahir Ənvər oğlu Qasımovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil 1953-cü il təvəllüdlü Şəmkir rayon sakini Vəkil İbrahim oğlu Vəliyevin idarə etdiyi "Mercedes-Benz"lə avtomobillə toqquşub.

    Nəticədə hər iki sürücü və sərnişinlər - 1984-cü il təvəllüdlü Aynurə Hətəm qızı İsmayılova və onun qızı 2012-ci il təvəllüdlü İsmayılova Gülmira, həmçinin qohumu, 1995-ci il təvəllüdlü Əfsanə Niyaz Qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi