Göygöldə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Göygöldə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB Göygöl. 10 dekabr. REPORT.AZ/ Göygöldə 22 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.
Hadisə
10 Dekabr , 2018 10:56
Göygöldə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Göygöl. 10 dekabr. REPORT.AZ/ Göygöldə 22 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayon Keşkü kənd sakini, 1996-cı il təvəllüdlü Ruslan Adil oğlu Məmmədovu bıçaqlayan şəxs, Göygöl rayon Üçtəpə kənd sakini 1993-cü il təvəllüdlü Elvin Qəşəm oğlu Verdiyev saxlanılıb.

İlkin məlumatlara görə, hadisə şəxsi münaqişə zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


*** 10:25

Göyögl. 10 dekabr. REPORT.AZ/ Göygöl rayonunda bıçaqlanma olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl sakini 1996-cı il təvəllüdlü Ruslan Adil oğlu Məmmədov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq yarası alan R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi