Göygöldə yanğın zamanı xəsarət alan qadının kimliyi məlum oldu - YENİLƏNİB

Göygöldə yanğın zamanı xəsarət alan qadının kimliyi məlum oldu - YENİLƏNİB Göygöl rayonunun Balçılı kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə b
Hadisə
5 Fevral , 2021 01:15
Göygöldə yanğın zamanı xəsarət alan qadının kimliyi məlum oldu - YENİLƏNİB

Göygöl rayonunun Balçılı kəndində yanğın olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, kənd sakini, 51 yaşlı Xavər Qarayeva evinin həyətindəki tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Qadın yanğını söndürməyə cəhd edib. Lakin o, yanıq xəsarəti alıb. X.Qarayevaya hadisə yerində ambulator yardım göstərilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə çağırılmış Göygöl rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

04.02.2021. 23:24

Göygöl rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Balçılı kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi