Göygöl rayonu, Qızılca kəndində çətinkeçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.
"Report"un Qərb bürosu xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.
Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.