Göygöldə 9 773 ədəd çətənə kolu məhv edildi

Göygöldə 9 773 ədəd çətənə kolu məhv edildi Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Hadisə
1 İyul , 2021 07:59
Göygöldə 9 773 ədəd çətənə kolu məhv edildi

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Çaykənd kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, ümumi çəkisi 3 125 kiloqram olan, 9 773 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi