Göygöl rayonunda çaydan meyiti tapılan qadının kimliyi məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində meyiti aşkar edilmiş qadın Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü Mehriban Əziz qızı Həsənovadır.
Ruhi xəstə olduğu bildirilən qadının çaya necə düşdüyü hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Göygöl rayonunda çayda qadın meyiti tapılıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
FHN-in "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.