Göygöldə avtoxuliqanlıq edən şəxs saxlanıldı - VİDEO - YENİLƏNİB

Göygöldə avtoxuliqanlıq edən şəxs saxlanıldı - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
7 Mart , 2020 12:58
Göygöldə avtoxuliqanlıq edən şəxs saxlanıldı - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 12:12

Göygöl rayonunda avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və vətəndaşların haqlı narazılığına səbəb olan sürücü saxlanılıb.

Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayon sakini, 18 yaşlı Səfər Mürsəlov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq etdiyi hərəkətləri videogörüntüyə alaraq sosial şəbəkələrdə yerləşdirib.

S.Mürsəlovun barəsində Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi