Göygöldə avtomobillə təhlükəli manevrlər edən şəxslər cərimələnib

Göygöldə avtomobillə təhlükəli manevrlər edən şəxslər cərimələnib Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Hadisə
128
14 Dekabr , 2021 16:25
Göygöldə avtomobillə təhlükəli manevrlər edən şəxslər cərimələnib

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə “Lada” və “VAZ” markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi, sürücülük hüququ olmadan minik vasitəsinin idarə edilməsi aşkar edilib.

Bundan başqa, araşdırmalar zamanı bəzi sürücülərin Vətən müharibəsi qazisi olmasından istifadə edərək rayon ərazisində təhlükəli manevrlər etməsi, avtomobilə əlavə avadanlıq quraşdırması, dövlət qeydiyyat nişanı olmayan və ya başqa dövlətə məxsus qeydiyyat nişanı ilə avtomobil idarə edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib.

Həmin sürücülər ilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara "Yol hərəkəti haqqında" qanunun tələbləri barədə məlumat verilib.

Ümumilikdə 21 sürücü barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi