Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB 

Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB  Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
30 Aprel , 2024 18:49
Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB 

Göygöldə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində, 2001-ci il təvəllüdlü V.Nəcəfov, 1992-ci il təvəllüdlü K.Vəliyev və 1997-ci il təvəllüdlü R.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

18:15

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi