Bakı. 1 mart. REPORT.AZ/ Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi "VAZ-2106" və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi "MAN" markalı (avtobus) avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən İ.İsgəndərov orada ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.