Göygöldə 8 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi açılıb - FOTO - VİDEO - SİYAHI - YENİLƏNİB-4

Göygöldə 8 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi açılıb - FOTO - VİDEO - SİYAHI - YENİLƏNİB-4 Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
Hadisə
29 Aprel , 2019 20:12
Göygöldə 8 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı cinayət işi açılıb - FOTO - VİDEO - SİYAHI - YENİLƏNİB-4
Report
0 : 00
0 : 00

Göygöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə, 8 nəfər ölüb, 1 nəfər yaralanıb. 

Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənovanın müalicəsi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində davam edir və vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Artıq meyitlər ailələrinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


*** 15:51

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar Daşkəsən rayon sakinləri - 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, 2018-ci il təvəllüdlü Rübab Eldəniz qızı Həsənova, 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova (hamısı "VAZ-2107" markalı avtomobildə olublar), həmçinin 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalovdur. 

Bundan əlavə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova xəsarət alıb. 


*** 15:33

Video əlavə edilib.


*** 14:01

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. 

"Report"un Qərb mərkəzinin məlumatına görə, onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir. 


*** 12:47

Göygöl rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qəzada xəsarət alanların olduğu da bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi