Göygöldə 58 yaşlı qadın dəm qazından zəhərlənib 

Hadisə
  • 12 yanvar, 2022
  • 14:36
Göygöldə 58 yaşlı qadın dəm qazından zəhərlənib 

Göygöl rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Üçtəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılıb, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi