Göygöldə 58 yaşlı çoban itkin düşüb - FOTO

Göygöldə 58 yaşlı çoban itkin düşüb - FOTO Göygöl rayonunda 58 yaşlı kişi itkin düşüb.
Hadisə
30 Oktyabr , 2019 19:12

Göygöl rayonunda 58 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, Şamaxı rayonu, Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında çoban işlədiyi Göygöl rayonunun Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 160-165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. M.Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, başında papaq, ayağında idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi