Göygöldə 36 yaşlı qadını ilan sancıb

Göygöldə 36 yaşlı qadını ilan sancıb Xəstənin vəziyyəti ağırdır
Hadisə
7 iyul 2017 05:25
Göygöldə 36 yaşlı qadını ilan sancıb
Report.az

Bakı. 7 iyul. REPORT.AZ/ Göygöldə 36 yaşlı qadını ilan sancıb, vəziyyəti ağırdır.

"Report"un xəbərinə görə, hadisə 36 yaşlı Xalidə İmanovanın yaşadığı evin həyətyanı sahəsində çalışarkən baş verib.

O, yaxınlarının köməkliyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Lakin X.İmanovanın vəziyyəti ağır olduğu üçün o, Bakıya gətirilib və 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Orphus sistemi