Göygöldə 30 yaşlı şəxs keçmiş qayınatasını bıçaqlayıb

Göygöldə 30 yaşlı şəxs keçmiş qayınatasını bıçaqlayıb Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
6 Dekabr , 2021 09:41
Göygöldə 30 yaşlı şəxs keçmiş qayınatasını bıçaqlayıb

Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 18 radələrində rayonun Üçtəpə kəndi ərazisində yerləşən “Rəvan market”in yaxınlığında qeydə alınıb.

Belə ki, Rəsul Məsimovla keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Səxavət Cəfərov arasında mübahisə düşüb. Nəticədə S.Cəfərov keçmiş qayınatasını bıçaqlayıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi