Göygöldə 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb

Göygöldə 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb Hadisəni törədən şəxslər saxlanılıb
Hadisə
17 Avqust , 2017 18:14
Göygöldə 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb

Göygöl. 17 avqust. REPORT.AZ/ Göygöl rayonunda 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaykənd kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini 1969-cu il təvəllüdlü Budaq Vəli oğlu Abdullayev  traktorçu işləmək üçün Şəmkir rayonuna gedib.

Atasının evdə olmamasından istifadə edən 25  yaşlı Qızbəsti Abdullayeva sevgilisini yaşadığı evə gətirib. Lakin traktorda nasazlıq olduğu üçün qızın atası evə tez qayıdıb və qızını yatağ otağında sevgilisi ilə birlikdə görüb. Bu zaman ata və qızı arasında mübahisə yaranıb. Mübahisə zəminində Q.Abdullayeva sevgilisi ilə birlikdə atasını döyüb. Sonra o mətbəx bıçağı ilə atasına çoxsaylı zərbələr endirib və sevgilisi ilə birlikdə hadisə yerindən qaçıb.

Çoxlu qan itirən B.Abdullayev qonşuların köməkliyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağırlaşdığı üçün Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda əməliyyat olunan yaralının vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən şəxslər isə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi