Göygöl və Şəmkirdə qanunsuz tikililər sökülüb

Göygöl və Şəmkirdə qanunsuz tikililər sökülüb Göygöl və Şəmkir rayonlarında qanunsuz tikililər sökülüb.
Hadisə
5 Dekabr , 2023 11:06
Göygöl və Şəmkirdə qanunsuz tikililər sökülüb

Göygöl və Şəmkir rayonlarında qanunsuz tikililər sökülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Son xəbərlər

Orphus sistemi