Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb - TƏFƏRRÜAT

Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb - TƏFƏRRÜAT Göygöl rayonunda avtomobilin dərəyə aşması ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
16 Noyabr , 2019 10:46
Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb - TƏFƏRRÜAT

Göygöl rayonunda avtomobilin dərəyə aşması ilə bağlı cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb.

Belə ki, sürücü Taleh İsmayılovun idarə etdiyi "VAZ-2121" markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarında olan dərəyə aşıb.

Nəticədə avtomobilin içərisində olan sərnişin - Göygöl rayon sakini, 1996-cı il təvəllüdlü Gülnür Fazil qızı Qocayeva hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

T.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə cinayət işi başlanılıb və Göygöl Rayon Polis Şöbəsində istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi