Göyçaydan Lənkərana toya gedənlər qəzaya düşdü, ölən və yaralı var

Göyçaydan Lənkərana toya gedənlər qəzaya düşdü, ölən və yaralı var Lənkəran rayonunda ağır yol qəzası baş verib.
Hadisə
13 Mart , 2022 23:36
Göyçaydan Lənkərana toya gedənlər qəzaya düşdü, ölən və yaralı var

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

E.Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C.Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi göstərilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi