Göyçay rayonunda zəncirvarı yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 5 avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomibillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.




