Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO

Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO Göyçay rayonunda çoxsaylı heyvan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 İyul , 2019 20:47
Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO

Göyçay rayonunda çoxsaylı heyvan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 205-ci km-də, rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

Ağsudan Göyçay istiqamətində hərəkətdə olan Ucar rayon sakini Mütəllim Bağıyevin idarə etdiyi yük avtomobili yolda olan qoyun sürüsünü vurub. Nəticədə Göyçay rayon Bığır kənd sakini Eldəniz Cəbrayılova məxsus 27 baş qoyun tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi