Göyçayda yolu keçən piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Göyçayda yolu keçən piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
5 Aprel , 2019 00:02
Göyçayda yolu keçən piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1950-ci il təvəllüdlü Abduləli Məhəmmədəli oğlu Miriyev yolu keçən zaman hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili onu vurub. Yaralı dərhal ətrafdakıların köməkliyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb.

Həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

 Faktla bağlı araşdırma aparılır.


*** 00:23

Göyçay rayonunda piydanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində  qeydə alınıb.

Qəza zamanı xəsarət alan piyada hadisə yerində ölüb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi