Göyçayda su kanalında batan yeniyetmənin meyti tapılıb - YENİLƏNİB

Göyçayda su kanalında batan yeniyetmənin meyti tapılıb - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göyçay rayonu, Ləkçılpaq kəndində 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun Yuxarı Şirvan kanalında batması barədə məlumat daxil olub.
Hadisə
20 İyul , 2021 21:07
Göyçayda su kanalında batan yeniyetmənin meyti tapılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Göyçay rayonunun Ləkçılpaq kəndində Yuxarı Şirvan kanalında batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun axtarışları başa çatıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd olunub ki, R.Salmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

20:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göyçay rayonu, Ləkçılpaq kəndində 2004-cü il təvəllüdlü Salmanov Rüfət Seyfəddin oğlunun Yuxarı Şirvan kanalında batması barədə məlumat daxil olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Son xəbərlər

Orphus sistemi