Göyçayda yeniyetmə qohumunun evindən 40 min manatlıq oğurluq etdi

Göyçayda yeniyetmə qohumunun evindən 40 min manatlıq oğurluq etdi Bir nəfər Göyçay şəhər sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Hadisə
198
2 İyun , 2021 11:04
Göyçayda yeniyetmə qohumunun evindən 40 min manatlıq oğurluq etdi
0 : 00
0 : 00

Bir nəfər Göyçay şəhər sakini Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəticədə cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin yaxın qohumu olan bir yeniyetmə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs oğurluq yolu ilə ələ keçirdiklərini rayon ərazisində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan ayrı-ayrı mağazalara satıb, əldə etdiyi pulu isə müxtəlif əyləncələrə xərcləyib. Onun satdığı qızılların bir qismi həmin mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi