Göyçayda yaşayış evində yanğın olub
- 09 mart, 2019
- 19:56
Göyçay. 9 mart. REPORT.AZ/ Göyçay rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə saat 20:30 radələrində rayonun Kürdəmiş kəndində qeydə alınıb.
Kənd sakini Kamil Teymurova məxsus ev anidən alovlanıb. Hadisə yerinə dərhal FHN-in Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
FHN-in məlumatına görə, nəticədə ümumi sahəsi 260 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 130 m² sahədə, bitişik tikilmiş ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 10 m² sahədə və bitişik ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub
Faktla bağlı araşdırma aparılır.