Göyçayda "VAZ 2107" ağaca çırpılıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB

Göyçayda "VAZ 2107" ağaca çırpılıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adlraı məlum olub.
Hadisə
28 Noyabr , 2019 05:34
Göyçayda VAZ 2107 ağaca çırpılıb, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB
Foto: "Report"

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adlraı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, "23-BL-046" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı zərbənin təsirindən sürücü, rayonun Ləkçiplaq kənd sakini Rüstəmov Ruslan Ramiz oğlu və sərnişini Şamilov Elxan Füzuli oğlu ağır xəsarətlər alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü R.Rüstəmov xəstəxanada ölüb. 


*** 02:19

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.

Q əza nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi