Göyçayda toy təşkilatçıları cərimələnib

Göyçayda toy təşkilatçıları cərimələnib Göyçayda toy təşkilatçıları cərimələnib
Hadisə
116
5 Avqust , 2021 15:34
Göyçayda toy təşkilatçıları cərimələnib
0 : 00
0 : 00

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Qaraxıdır kəndində Teymur Həmidov və Dəyanət Səlimova məxsus evlərdə keçirilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı həmin şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Son xəbərlər

Orphus sistemi