Göyçayda toy qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib

Göyçayda toy qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib Göyçayda restoran sahibi 4 min manat cərimələni
Hadisə
29 İyul , 2021 12:18
 Göyçayda toy qaydalarını pozan restoran sahibi 4 min manat cərimələnib
0 : 00
0 : 00

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə Potu kəndi ərazisində yerləşən “Bizim bağ” restoranında təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, karantin rejiminin qayda və tələblərini pozan obyektin sahibi Şamil Novruzov 4 min manat, toy sahibi Rövşən Qasımov isə 200 manat məbləğində cərimələnib.

Rayonun Üngütlü kəndində Rəşid Eyvazova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində isə qonaqların sayının 50 nəfərdən artıq olduğu aşkarlanıb və ev sahibi barəsində qanunamüvafiq tədbir görülüb.

Son xəbərlər

Orphus sistemi