Göyçayda qonşusunun evindən oğurluq edən keçmiş məhkum saxlanılıb

Göyçayda qonşusunun evindən oğurluq edən keçmiş məhkum saxlanılıb Göyçay rayonu Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən müxtəlif məişət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.
Hadisə
1 İyun , 2021 16:24
Göyçayda qonşusunun evindən oğurluq edən keçmiş məhkum saxlanılıb
0 : 00
0 : 00

Göyçay rayonu Ulaşlı Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən müxtəlif məişət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də məhkum olunmuş Bəhruz Fərzəliyev saxlanılıb.

Onun metal qəbulu yerlərinə satdığı həmin əşyalar da maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi