Göyçayda qadın özünü yandırdığı ot tayasına atıb

Göyçayda qadın özünü yandırdığı ot tayasına atıb Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Sentyabr , 2016 14:54
Göyçayda qadın özünü yandırdığı ot tayasına atıb

Göyçay. 21 sentyabr. REPORT.AZ/ Göyçay rayonunda yanğın hadisəsi baş verib.

"Report"un bölgə müxbirinin məlumatına görə, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

Yanğın rayonun Bığır kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızına məxsus evin həyətindəki ot tayasında baş verib. Nəticədə ev sahibəsinin özü də ağır xəsarət olub.

Kənd icra nümayəndəsi qadının ruhi xəstə olduğunu bildirib. O, ot tayasını yandırıb və özünü də odun içinə atıb. Hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub. Yanğının qarşısı alınıb və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan S.Roza Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi