Göyçay rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadının şəxsiyyəti məlum olub.
"Report"un yerli məlumatına görə, 56 yaşlı Əhmədov Əli İsa oğlunu "VAZ-21099" minik avtomobili vurub.
Xəsarət alan piyada hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün
Faktla bağlı araşdırma aparılır.
***22:12
Göyçay şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, axşam saat 21:30 radələrində Nizami küçəsində yolu keçmək istəyən naməlum kişini maşın vurub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Ölən şəxsin kimliyi dəqiqləşdirlir.



