Göyçayda otlaq sahəsi yanıb - FOTO

Göyçayda otlaq sahəsi yanıb - FOTO Göyçay rayonunda yanğın hadisəsi baş verib.
Hadisə
5 İyun , 2019 21:31
Göyçayda otlaq sahəsi yanıb - FOTO

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu zəbər verir ki, hadisə günorta saatlarında rayonun Bığır kəndinin dağlıq ərazisində qeydə alınıb.

Belə ki, otlaq sahəsində alışma baş verib. Yanğın qısa zamanda 5 hektar ərazini əhatə edib. Əraziyə Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikaları, habelə İsmayıllı və Ucar rayonlarından texnika və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqda olan biçilməmiş 10 hektar taxıl sahəsi və Abşeron hava xətti mühafizə edilib.

Yanğının qarşısı alınıb və ərazi nəzarətdə saxlanılır. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi