Göyçayda otbiçən maşınının partlaması nəticəsində yaralanan şəxs ölüb - YENİLƏNİB

Göyçayda otbiçən maşınının partlaması nəticəsində yaralanan şəxs ölüb - YENİLƏNİB Göyçay rayonunda otbiçən maşınının mühərriki partlayıb, ata-oğul yaralanıb.
Hadisə
28 Sentyabr , 2022 16:22
Göyçayda otbiçən maşınının partlaması nəticəsində yaralanan şəxs ölüb - YENİLƏNİB

Göyçay rayonunda otbiçən maşının mühərrikinin partlaması nəticəsində yaralanan Cavid Məcidov vəfat edib.

“Report”un əldə etdiyi məlumata görə, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

13.46

Göyçay rayonunda otbiçən maşının mühərriki partlayıb, ata-oğul yaralanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 27-də rayonun İnçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Cavid Məcidov otbiçən maşının mühərrikini işə salmağa çalışıb. Bu zaman mühərrik partlayıb və yanğın başlayıb. Yaxınlıqda olan C.Məcidovun atası, 1966-cı il təvəllüdlü Sərvər Məcidov yanğını söndürməyə cəhd edib. Nəticədə hər iki şəxs ağır xəsarət alıb. Daha sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda atanın vəziyyəti normaldır. Lakin həkimlər C.Məcidovun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, C.Məcidov Vətən müharibəsi iştirakçısıdır.

Son xəbərlər

Orphus sistemi