Göyçayda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Göyçayda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb Göyçayda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
28 Noyabr , 2019 15:12
Göyçayda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Göyçayda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 27-də rayonun Bərgüşad yolunda baş verib.

Belə ki, Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü Elxan Şamilov qonşusunun “VAZ-21074” markalı avtomobilini etibarnamə ilə idarə edən zaman yolda idarəetməni itirib və avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sərnişini, 1996-cı il təvəllüdlü Ruslan Ramiz oğlu Rüstəmov xəsarət alıb. Daha sonra yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ölüb.

Həmçinin sürücü E.Şirinov da müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi