Göyçayda minik avtomobili aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Göyçayda minik avtomobili aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
3 İyul , 2019 14:00
Göyçayda minik avtomobili aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Qaraxıdır kənd sakinləri - Mehdi Xudaverdiyev, Elşən Əhmədov və Salam Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


*** 13:26

Göyçay rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Alpout kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı 3 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yolqaəzasının baş veridyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə xəsətəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi