Göyçayda kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə
- 08 fevral, 2023
- 12:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göyçay şəhərinin Abdulla Farux küçəsində kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Allahqulu oğlu yaşadığı evin pilləkənindən aşağı düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb.
Nəticədə betonun üstünə düşən 65 yaşlı kişi başından ağır travma alıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu araşdırma aparır.
Son xəbərlər
17:39
"İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
Mədəniyyət siyasəti
17:36
Zakir Əhmədov: "Yeni skorinq məhsulu müştərilərin ödəniş davranışlarının təhlilinə imkan verəcək"
Maliyyə
17:32
Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv
Xarici siyasət
17:30
Fond: İpoteka kreditinə müraciət zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək
Maliyyə
17:29
Putin: Türkiyəli investorlar "Akkuyu" AES layihəsində "Rosatom"un payının bir hissəsini almağa hazırdır
Energetika
17:26
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Xarici siyasət
17:25
AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur"
Maliyyə
17:22
Azərbaycanda dövlətdən kirayəyə mənzil götürmüş şəxs ipoteka krediti ala bilməyəcək
Maliyyə
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol