Göyçayda kanalda batan şəxsin meyiti tapılıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nazim oğlunun meyiti batdığı yerdən təqribən 150 metr aralıda tapılıb.
Şəxsin cansız bədəni aidiyyətı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə fevralın 29-da Yuxarı Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.
![](https://static.report.az/photo/0321337d-f3c1-3337-b970-28a8cb299984_300.jpg)
![](https://static.report.az/photo/9b5b51fc-9f0f-3edb-bf27-398233edc74b_300.jpg)
![](https://static.report.az/photo/0fd85c4d-6cad-36dc-bd81-829cb6c5fede_300.jpg)
![](https://static.report.az/photo/26b47be6-b9db-35b0-bb53-ad6c93087459_300.jpg)
![](https://static.report.az/photo/5de48e8f-f7c1-3f96-863a-4486b5b114e6_300.jpg)
![](https://static.report.az/photo/ba24bae0-c1c2-3e0f-a08d-6ee6c2089021_300.jpg)