Göyçayda “KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıb

Göyçayda “KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıb Göyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 800 manat olan ehtiyyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Hadisə
26 Noyabr , 2021 10:54
Göyçayda “KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıb
Sərxan Abdurəhimov
0 : 00
0 : 00

Göyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 800 manat olan ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, daxil olan müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanılıb.

O, ifadəsində oğurladığı ehtiyat hissələrini rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi