Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti su kanalında aşkarlanıb
Hadisə
- 17 avqust, 2023
- 17:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göyçayda itkin düşən 65 yaşlı qadının meyiti tapılıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızının avqustun 15-də itkin düşməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 65 yaşlı qadının meyiti tapılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçayda yaşadığı evdən çıxaraq geri qayıtmayan Lətifə Ələsgərovanın meyiti bu gün axşam saatlarında Məlikkənd kəndindəki su kanalında aşkarlanıb. Onun özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr
01:22
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Digər ölkələr
01:03
UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib
Futbol
00:49
Əraqçi: Danışıqlarda ABŞ tərəfinə qətiyyən etibar etmək olmaz
Region
00:24
Zelenski Oslodakı danışıqların detallarını açıqlayıb
Digər ölkələr
00:00
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:42
Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün Zelenski və Putinin görüşünün mütləq olmadığını hesab edir
Digər ölkələr