Göyçayda güclü külək və leysan yağış fəsadlar törədib

Göyçayda güclü külək və leysan yağış fəsadlar törədib Ötən gün axşam saatlarında Göyçay rayonunun Şəkər və Veysəlli kəndlərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan dəyib.
Hadisə
14 İyul , 2020 04:28
Göyçayda güclü külək və leysan yağış fəsadlar törədib

Ötən gün axşam saatlarında Göyçay rayonunun Şəkər və Veysəlli kəndlərində güclü küləklə müşahidə olunan leysan yağış nəticəsində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan dəyib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, təxminən 30 dəqiqə davam edən güclü külək bəzi evlərin və tövlələrin dam örtüyünü qoparıb.

Külək sellofan örtüklü istixanaların üst örtüyünü dağıdıb, pomidor və xiyar şitillərini, yetişmiş meyvə-tərəvəz məhsullarını tələf edib, ağacları eləcə də primitiv tikilmiş hasarları, elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb.

Hazırda bu kəndlərə elektrik və rabitə verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü qopan, içində ot olan tövlələr yağış suları altında qalıb. Nəticədə kənd sakinlərinə xeyli miqdarda maddi ziyan dəyib.

Məsələ ilə bağlı rayonun Fövqəladə Hallar Komissiyasına məlumat verilib. Aidiyyəti qurumlar hadisə yerində olublar və dəyən ziyan yerindəcə araşdırılıb.

Son xəbərlər

Orphus sistemi