Göyçayda güclü külək nəticəsində ağaclar avtomobilin və aptekin üzərinə aşıb
Hadisə
- 13 aprel, 2023
- 13:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Göyçay rayonunda güclü külək nəticəsində ağaclar avtomobilin və aptekin üzərinə aşıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisələr şəhərin Nizami küçəsi və Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, küləyin təsirindən ağaclardan biri hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin, digəri isə aptekin damı üzərinə aşıb.
Xoşbəxtlikdən hadisələr zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, bu gün günortadan sonra rayonda güclü külək əsməyə başlayıb və hazırda davam edir. Külək fəsadlar törədib, rayon təsərrüfatına xeyli ziyan vurub. Küləyin təsiri nəticəsində bir neçə yerdə ağaclar aşıb, bəzi tikililərin dam örtüyü uçub, bir neçə kənddə elektrik enerjisinin verilişi dayandırılıb.
Son xəbərlər
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə
23:54
MEE: ABŞ HHM sahəsində Səudiyyə Ərəbistanına kömək edəcək
Digər ölkələr
23:49
SEPAH: Hörmüz boğazında bir gündə üç gəmi partlayıb
Region
23:28
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
Digər ölkələr
23:21
Rusiya Ermənistanın dəmir yolu şəbəkəsinin inkişafı ilə bağlı qiymətləndirmələrini təqdim edib
Region