Göyçayda evdə yanğın olub

Göyçayda evdə yanğın olub Göyçay rayonundada yanğın hadisəsi baş verib.
Hadisə
6 İyul , 2020 04:50
Göyçayda evdə yanğın olub

Göyçay rayonundada yanğın hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Çayarxı kəndində qeydə alınıb.

Belə ki, kənd sakininə məxsus ümumi sahəsi 40 kvadrat metr olan tövlənin dam örtüyü yanar konstruksiyaları və tövlənin damına yığılan iki ton ot bağlaması, eləcə də tövləyə bitişik, ümumi sahəsi 260 kvadrat metr olan kürsülü, birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 100 kvadrat metr sahədə yanıb.

Hadisə yerinə Göyçay rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və evin qalan hissəsi yanğından mühafizə olunub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi