Göyçayda mənzildə meyiti aşkar edilən qadının kimliyi məlum olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, cansız bədəni aşkarlanan qadın 1960-cı il təvəllüdlü Göyçay şəhər sakini Rəsulova Məhəbbət Əlihüseyn qızıdır.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə "Report"a nazirlikdən xəbər verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.