Göyçayda bıçaqlanan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Göyçayda bıçaqlanan şəxsin kimliyi məlum olub - YENİLƏNİB Yaralının vəziyyəti orta-ağırdır
Hadisə
28 Fevral , 2018 09:43
Göyçayda bıçaqlanan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Göyçay. 28 fevral. REPORT.AZ/ Göyçayda bıçaqlanan şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarında bıçaqlanaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxs, rayonun Qarayazı kənd sakini, 1993-cü il təvəllüdlü Asif Münasib oğlu Musayevdir. O, əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.


*** 00:12

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, axşam saatlarında hələlik kimliyi bilinməyən orta yaşlı kişi bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilən şəxsin hansı şəraitdə bıçaqlandığı bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi