Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb

Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb.
Hadisə
20 Mart , 2023 12:22
Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb

Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün saat 20:50 radələrində rayonun Qarabaqqal kəndi ərazisində Əhməd Çərkəzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1949-cu il təvəllüdlü rayon sakini Rafiq Hacıyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi