Göyçay. 13 oktyabr. REPORT.AZ/ Göyçay rayonun avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, Göyçay rayonunun Mırtı kənd sakini, 1978-ci il təvəllüdlü Şəmsi Həsrətov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Niyaməddin Məmmədovu vurub. Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Məmmədov həkimlərinsəyinə baxmayaraq orada ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***23:46
Göyçay 12 oktyabr. REPORT.AZ/ Göyçay rayonunda avtomobilin vurduğu piayada xəstəxanada ölüb.
“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 219-cu km-də - Göyçay ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, naməlum avtomobil yolu keçmək istəyən Niyaməddin Məmmədovu vurub.Yaralı ağır bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.