Göyçayda ailə üzvləri qəzaya düşüb, bir nəfər ölüb

Göyçayda ailə üzvləri qəzaya düşüb, bir nəfər ölüb Onlardan biri ölüb
Hadisə
12 May , 2018 15:03
Göyçayda ailə üzvləri qəzaya düşüb, bir nəfər ölüb

Göyçay. 12 may. REPORT.AZ/ Göyçayda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabaqqal kəndi ərazisində baş verib.

"VAZ-2106" markalı avtomobillə yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Şəbiyev Rövşən hadisə yerində ölüb.

Onun həyat yoldaşı 50 yaşlı Şəbiyeva Reyhan Kəskin qızı və qızı 17 yaşlı Şəbiyeva Kamilə isə ağır yaralanıb. Hər iki yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi