Göyçayda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-3

Göyçayda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-3 Yaralılardan biri xəstəxanada ölüb
Hadisə
21 Noyabr , 2018 17:19
Göyçayda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-3

Göyçay. 21 noyabr. REPORT.AZ/ Göyçay rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın xəstəxanada ölüb. 

"Report"un yerli bürosu xəbər verir ki, Göyçay rayon sakini, 1982-cu il təvəllüdlü Kifayyət Cəbrayıl qızı Kəlbiyevanın həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirildiyi Göyçay Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Meyit muayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə yerləşdirilib. 


*** 16:48

Göyçay. 21 noyabr. REPORT.AZ/ Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha 3 nəfərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində avtomobillərdə olan sərnişinlər - Göyçay rayon sakinləri, 1978-ci il təvəllüdlü Cəmil Hidayət oğlu Kəlbiyev, 1982-cu il təvəllüdlü Kifayyət Cəbrayıl qızı Kəlbiyeva və 2003-cü il təvəllüdlü Elmar Cəmil oğlu Kəlbizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralanan şəxslər bir ailənin 3 üzvüdür.

Faktla bağlı araşdırmalar dsavam etdirilir.


*** 14:39

Göyçay. 21 noyabr. REPORT.AZ/ Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan ikisinin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun xəbərinə görə, hər iki şəxs avtomobiullərin sürcüləridir. 

Belə ki, Göyçay rayon sakinləri - Məğrur Piriyevin idarə etdiyi "Hyundai" və Asif İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü və avtomobillərdə olan daha 3 sərnişin xəsarət alıb. 

Göyçay Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağır, digər 3 nəfərin vəziyyətləri isi stabildir. 


*** 13:41

Göyçay. 21 noyabr. REPORT.AZ/ Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, rayonun Mallışıxlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Hyundai" markalı avtomobillə Opel" markalı avtomobil toqquşub. Zərbənin gücünüdən hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq su kanalına aşıb. 

Hadisə şahidlərinin sözlərinə görə, hər iki avtomobilin sürücüləri və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəld edilib. Yaralılar təcili yardım maşınları ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktlabağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi